Həbsxanaya narkotika keçirən pişik yaxalandı

Postovda həbsxananın müalicə müəssisəsinə qəribə üsulla narkotika keçirilməsi cəhdinin qarşısı alınıb. "OLAYLAR"ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə. hadisə 20 saylı həbsxananın müalicə müəssisəsində qeydə alınıb. Müalicə müəssisəsindən azadlığa buraxılan məhbuslardan biri özü ilə müəssisədən çölə pişik gətirib və çöldə onu aparmaq üçün gələn maşına əyləşib. Maşında məhbus pişiyin xaltasının işəri tərəfinə narkotika bükümləri doldurub və sonra pişiyi sərbəst buraxıb. Pişik yenidən müalicə müəssisəsinə qayıdarkən nəzarətçilər heyvanı nəzarət-buraxılış məntəqəsində yoxlayıb. Yoxlama zamanı xaltanın arasından narkotika aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31