Beyləqanda ailə dramı, qardaş qardaşını və onun arvadını öldürdü
29 May 2014 15:36 KriminalBeyləqanda qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 27-də Beyləqan rayonunun Şitilçilik qəsəbəsində qəsəbə sakini Məmməd Bəndəliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq qardaşı Həsəni və onun arvadı Mədinəni qətlə yetirib. M.Bəndəliyev könüllü olaraq Beyləqan RPŞ-yə gələrək təslim olmuş və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi təhvil verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31