Bakıda dəhşət, kişi arvadını naqillə boğub öldürdü
29 May 2014 15:35 KriminalBakıda düşərgədə dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 27-də Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən "Məşəl" düşərgəsində Tərtər rayon sakini Emin Heydərov münaqişə zəminində keçmiş arvadı, Zəngilan rayon sakini Şəhanə Nağıyevanı elektrik naqili ilə boğaraq qətlə yetirib. E.Heydərov könüllü olaraq Nizami RPİ-yə gələrək təslim olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31