Bakıda dava, ata və iki oğlu bıçaqlandı
27 May 2014 16:38 KriminalBakıda bıçaqlanma hadisəsi olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 27-də saat 02 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Hacıqabul rayon sakini Əli Kazımov münaqişə zəminində qəsəbə sakini Ağabala Əbilova, onun oğlanları Azərə və Xəzərə bıçaqla xəsarət yetirib. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Kazımov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31