Bakıda iki nəfər odlu silahla yaxalandı

Bakıda bir gündə iki silahlı şəxs polis tərəfindən keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Muxtarovdan nömrəsi silinmiş "AKMS" silahı və 5 ədəd avtomat patronu götürülüb.

Həmin gün Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mirabdulla Salayevdən nömrəsi silinmiş "Naqan" tipli tapança və 7 ədəd patron götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31