İsmayıllıda qonşusunu güllələmək istəyən şəxs ələ keçdi
27 May 2014 16:32 Kriminal"OLAYLAR". İsmayıllıda qonşusunu qətlə yetirmək istəyən şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 26-da saat 01 radələrində İsmayıllı şəhər sakini Şahin Salmanov qonşusu Röyal Dəmirovun həyətinə girmiş və orada itlə rastlaşdığından ov tüfəngindən atəş açaraq iti öldürmüş, səs-küy yarandığından hadisə yerini tərk edib.
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərxoş halda olan Ş.Salmanov saxlanılmış, ondan ov tüfəngi götürülüb. Ş.Salmanov izahatında R.Dəmirovu öldürmək niyyətində olmasını bildirib. İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31