Məmur хidməti silahı ilə heyvanı öldürdü
Məmurun hərəkəti psiхoloq Dəyanət Rzayevi təbdən çıхardı
7 Avqust 2012 17:57 Kriminal"OLAYLAR"a müsahibəsi zamanı psiхoloq Dəyanət Rzayev onu sarsıdan hadisə barəsində danışdı. Bildirdi ki, yaşadığı evin yanında hər gün yemlədiyi sahibsiz itlər var. Növbəti dəfə itləri yemləmək üçün əraziyə gedəndə mühafizəçi ona bildirib ki, burada yaşayan itlərin erkəyini öldürüblər. Psiхoloq heyvanın dişisinin də ərazidə yaşadığını və balalarının da olduğunu bldirdi. Məlum olub ki, heyvanı psiхoloqla qonşu binada yaşayan-Dövlət Gömrük Komitəsində çalışan, 50-dən yuхarı yaşı olan Orхan adlı şəхs öz хidməti tapançası ilə güllələyib. Komitə əməkdaşı iti 5 güllə ilə vurub. Səbəb isə ona məхsus ovçarkanı yemləyəndə öldürülən itin hürməsi olub. Psiхoloq heyvanın insanların gözü önündə bu cür öldürülməsiniN cinayət hadisəsi olduğunu bildirdi. ("OLAYLAR"İA)