Rusiyada azərbaycanlı ilə dalaşan şəxslər kafeyə hücum etdi

Hadisə 16 yaşlı gəncin bıçaqlanması ilə nəticələnib

Rusiyada 16 yaşlı azərbaycanlı yeniyetmə bıçaqlanıb. Hadisə Sankt Peterburqdakı kafelərdən birində baş verib.  Hadisədən sonra Ukrayna vətəndaşı Vasiliy Palyok və yerli sakin Dmitri Piroqov saxlanılıblar. Onlar haqqında cinayət işi açılıb.  İstintaqın məlumatına görə, saxlanılan şəxslər bir müddət öncə Azərbaycan vətəndaşı ilə mübahisə ediblər. Bundan sonra onlar qarşı tərəfdən intiqam almaq fikrinə düşüblər. Bu məqsədlə də Şavrova 26 ünvanında yerləşən kafeyə gəliblər.  Onlar münaqişələri olan şəxslər orada şüşələri sındırıb, mebellərə zərər vurmağa başlayıblar.  Hadisə zamanı zərəçəkən 16 yaşlı gənc xəstəxanaya yerləşdiirlib. Onun adı açıqlanmır. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31