Bakı sakinini yumruqla vurub öldürdülər

 Bakıda yumruqla qətl hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Mayın 20-də Xəzər rayonu Şağan qəsəbə sakini Xaqani Çələbiyevin sərxoş halda həyətində yıxılması və aldığı xəsarətdən xəstəxanada ölməsi barədə verilmiş məlumatla əlaqədar Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı Bakı şəhər sakini Azad Məmmədovun münaqişə zəminində X.Çələbiyevi yumruqla vurmasından ölməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Məmmədov tutulmuş və ondan 0,78 qram həşiş götürülüb.    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31