Qobustanda sürücülük öyrənən azyaşlı qız faciə törətdi, ölən və yaralanan var

Qobustan qəsəbəsində avtomobil kurs mərkəzində faciə baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 23-də saat 13 radələrində Qobustan rayonu Çalov kəndinin ərazisində yerləşən "Qobuland" istirahət mərkəzində Bakı şəhər sakini Aytən Əzizova idarə etdiyi qolf oyunu üçün nəzərdə tutulmuş avtomobili aşırıb. A.Əzizovanın sərnişinlərindən orta məktəb şagirdləri, 10 yaşlı Dəniz Qorçu hadisə yerində ölmüş, özü və digər sərnişinləri, 11 yaşlı Ayla Hacızadə, 10 yaşlı Dinara Mustafayeva xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31