Xaçmazda dəhşət, meşədə iki öldürülüb asılmış meyit tapıldı

Xaçmazda dəhşətli hadisə baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 24-də Xaçmaz şəhərinin Nabran kəndinin meşə zolağında şəhər sakini Vasif Quliyev özünü ağacdan asıb. Hadisə yerində Hacıqurban-oba kənd sakini Nərgiz Tağıyevanın hər iki bilək nahiyəsində ülgüclə kəsilmiş xəsarətləri və boğazında əynindəki geyim əşyasının parçası ilə boğulma izləri olan meyiti tapılmışdır. Faktla əlaqədar cinayət işi başlanıb.

Xaçmaz rayon prokurorluğu tərəfindən araşdırmar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31