Masallıda arvad ərin öldürdü

 Masallıda qətl hadisəsi törədilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 25-də Masallı rayonunun Qəriblər kəndində Gülnarə Ağayeva evində ailə-məişət münaqişəsi zəminində əri Azər Ağayevi bıçaqla qətlə yetirib.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Ağayeva tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31