Göyçay sakini qonşusunu öldürdü

 Göyçayda qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 26-da Göyçay şəhərində yaşayan Rahim Məmmədov münaqişə zəminində qonşusu Elvin Adığözəlovu bıçaqla qətlə yetirib. Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulmuş, onun sərxoş halda olması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31