Qaradağdakı daş karxanasında kütləvi dava: ölən və yaralanan var

Mayın 25-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında dava-dalaş olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nurəddin adlı şəxs münaqişə zəminində orada işləyənlər, Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş F.Məmmədov mayın 26-da ölüb, Q.Həsənovun vəziyyəti orta-ağırdır.

Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31