İstirahət mərkəzində dəhşətli hadisə: məktəbli öldü, xəsarət alanlar var
23 May 2014 18:16 KriminalHadisə Qobustan rayonunun "Bağbağat" İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi
atraksionlardan biri aşıb. Nəticədə 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.
Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əziziova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31