Azərbaycan türk iş adamını axtarışa verdi FOTO

Azərbaycanın hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 51 yaşlı Hamdi Murat Usta vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib. Hamdi Mrat Usta Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 

Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.

Onların hamısı vergidən yayınmada ittiham olunur. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31