Sabunçuda FACİƏ: ər arvadını bıçaqlayıb özünü asdı

 Bakıda ər arvadını bıçaqlayıb özünü asıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 22-də Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan Zaur Mirzəyev evində münaqişə zəminində arvadı Təhminə Abdullayevaya bıçaqla xəsarət yetirdikdən sonra həyətdəki ağacdan özünü asıb. T.Abdullayeva xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31