Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs yaxalanıb

 Bakıda ayrı-ayrı avtomobillərin dövlət nömrə nişanlarını oğurlayan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı BPİ DYPİ və Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 16-da Esmira Həşimovaya məxsus avtomobildən oğurlanmış 99 ES 993 dövlət qeydiyat nişanları ilə idarə edilən "Hyundai" markalı avtomobil Cavadxan küçəsində saxlanılarkən sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.

Araşdırmalar nəticəsində saxlanılmış avtomobilin Şəki rayon sakini Məmməd Məmmədova məxsus olması müəyyən edilib. Avtomobilin yük yerinə baxış zamanı müxtəlif markalı avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları da aşkar olunaraq götürülüb.  Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31