Bakıda daha bir “göydələn” alovlandı
5 nəfər xilas edilib, 15 nəfər evakuasiya olunub
7 Avqust 2012 14:58 KriminalBakıda daha bir çoxmərtəbəli yaşayış məntəqəsində yanğın baş verib. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Hadisə nəticəsində çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən 11-ci mərtəbəsinə qədər şaxtadan keçən kabellər 15 p.m yanıb. Yanğın zamanı 3 nəfər, o cümlədən 2 azyaşlı xilas edilib, 15 bina sakini təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31