Ermənilər Tərtər istiqamətində azyaşlıları atəşə tutublar VIDEO

Rayonun Qapanlı kəndi 2 gündür axşam saatlarında atəşə tutulur

Son günlərdə ermənilər cəbhənin Tərtər istiqamətində yenidən fəallaşıb. Rayonun Qapanlı kəndi 2 gündür axşam saatlarında atəşə tutulur. Əsas hədəf də otlaq sahələrindəki sakinlərdir.İşğal altındakı Seyidsulan kəndindən açılan atəş nəticəsində sakinlər arasında ölən və ya yaralanan olmasa da, əhaliyə məxsus 5 baş mal qaraya güllə dəyib.Atəşə tutulan ərazidəki sakinlərin əksəriyyəti azyaşlılar olub. Qarşı tərəfin mütləq hədəfinə çevriləcəklərindən qorxan sakinlər qaranlıq düşənə qədər otlaq sahəsindən çıxa bilməyiblər.ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31