Zaqatala rayonu, Bəhmətli kəndində vətəndaşa məxsus 11 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli 11 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 5 kv.m sahədə mebel dəsti yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31