Bakıda heroin alverçisi avtomobil qaçırdı

 Bakıda narkotika alverçisi avtomobil oğurlayarkən ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də Amil Əliyevə məxsus "Mercedes" markalı avtomobili qaçırmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Məmmədov tutulub və ondan 0,238 qram heroin götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31