Dərmandan zəhərlənmə, 5 nəfər xəstəxanalıq oldu

Azərbaycanda bir gündə 5 nəfər dərmandan zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 20-də Xəzər rayonu Binə qəsəbə sakini Pərvanə Hüseynova, Binə qəsəbə sakini Cavidan Əliyeva, Abşeron rayonu Qobu qəsəbə sakini Yusif Məmmədhüseynov, Qobustan rayonu Yekəxana kənd sakini, azyaşlı İmamverdi Bələdov dərmandan zəhərlənmələrlə xəstəxanalara gətiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31