İçkiyə qurşanan ananın iki azyaşlı körpəsi yanıb öldü
7 Avqust 2012 12:52 KriminalSverdlovsk vilayətində ananın spirtli içkiyə aludəçiliyi dəhşətli faciə ilə nəticələnib. "OLAYLAR"ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, hadisə gecə saatlarında baş verib. Vilayətdə bir evdə baş verən yanğın nəticəsində 1 və 3 yaşlı qardaşlar yanıb ölüb. Hadisə isə belə olub. Uşaqların anası axşam saatlarında həyat yoldaşını Yekaterinburqa işləmək üçün yola salandan sonra qayınanası ilə birgə evdə içki məclisi qurub. Həddindən artıq spirtli içki qəbul edən hər iki qadın tam sərxoş vəziyyətdə olub. Gəlin o qədər içkili olub ki, çəkdiyi dsiqaretin oturduğu divana düşməsindən xəbərsiz olub. Nəticədə divan alışıb. Divanın yandığını görən qayınana içkili yatan gəlinini oyatmayıb divanda yanğını söndürmək üçün ora iki vedrə su töküb öz evlərinə qayıdıb. Bir müddət sonra yuxudan oyanan gəlin də heç nəyə fikir verməyib qayınanasıgilə yenidən içki məclisinə gedib. Gecə saatlarında mənzil tam alışıb yanıb və ev sahibinə bu barədə qonşular məlumat verib. Yanğın söndürüləndən sonra yanan ərazinin kəşfiyyatı zamanı mənzildən 1 və 3 yaşlı uşaqların yanmış meyitləri aşkarlanıb.