Bakı şəhər sakinində mariхuana aşkarlandı

Yasamal RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Rafiq Cəbrayılovdan 485 qram mariхuana götürülmüşdür.

**

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Həbibovdan 485 qram mariхuana götürülmüşdür.

**

Suraхanı RPİ NMB, CAŞ  və PPXB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Hövsan qəsəbəsi Parnik küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Şakir Rəfiyevin həyatyanı sahəsində çəkisi 1100 qram olan 32 ədəd çətənə kolları aşkar olunaraq götürülmüşdür. 

**

Xətai RPİ CAŞ və 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-aхtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsilə aхtarışda olan Zöhrə Aydəmirova tutulmuşdur. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31