Mədəsindən 35 bağlamada tiryək çıxdı

Qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsi cəhdilə bağlı daha bir fakt aşkar edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sözügedən fakt Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində qeydə alınıb.Belə ki, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Rəhim Quliyev gömrük nəzarətindən keçərkən onun üzərində şəxsi yoxlama aparılmış və həmin vətəndaşın daxili orqanlarından - düz bagırsağından 1 ədəd bağlamada xalis çəkisi 54.149 qram olan heroin, mədəsindən isə 35 ədəd bağlamada ümumi xalis çəkisi 165.239 qram olan tiryək aşkar olunub. Faktla bağlı araşdırma aparılır."Olaylar"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31