Mobil telefon qaçaqmalçılığının qarşısı alınıb

"Sınıq Körpü" gömrük postundakı gömrük sahəsində mobil telefon qaçaqmalçılığının qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Gürcüstan Respublikasından Azərbaycana gələn "Opel Frontera" markalı minik avtomobilinə gömrük nəzarəti keçirilmiş, həmin nəqliyyat vasitəsinin sahibinin Gürcüstan vətəndaşı Sakinə Seidova, sürücü isə Azərbaycan vətəndaşı Raqil Həsənovun olduğu müəyyən edilib. Baxış zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən vətəndaş R.Həsənova məxsus müxtəlif markalı 251 ədəd mobil telefon və mobil telefonlara aid 817 ədəd aksesuar aşkar edilərək götürülüb."OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31