Qəbələdə 3 yaşlı qız faciəli öldü

Qəbələdə 3 yaşlı uşaq faciəli halda ölüb. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Bum qəsəbəsində 1 nəfər quyuya düşüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2011-ci il təvəllüdlü Gülarə Aqil qızı Şəfiyeva yaşadıqları evin qarşısında qazılmış quyuya düşüb. Şimal-qərb Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin quyuya enərək G.Şəfiyevanın cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:52-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31