Bakı-Quba yolunda ağır qəza, ölən var
20 May 2014 18:10 KriminalFövqəladə Hallar Nazirliyi Bakı-Quba tyolunda baş verən ağır yol qəza hadisəsi barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytınaq istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu, Zarat kəndi, Bakı-Quba yolunun 83-cü kilometrliyində 1991-ci il təvəllüdlü Rasim Əliağa oğlu Məsimova məxsus "Hyundai" markalı minik avtomobili ilə digər vətəndaşa məxsus "Foton" markalı traktorun toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, R.Məsimovun cəsədi avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla cəsəd avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:35-də başa çatıb.