Moskvada şəmkirlini odlu silahla qətlə yetirən gəncəli saxlanılıb
20 May 2014 15:59 KriminalAzərbaycan və Rusiya tərəfindən barəsində axtarış elan edilmiş Azərbaycan vətəndaşı Rusiya Federasiyası ərazisində tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 222-ci (qanunsuz odlu silah gəzdirmə) maddələri ilə axtarışda olan İltifat Həmzəyev Rusiya Federasiyası ərazisində tutulub. Hazırda onun Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Qeyd edək ki, Gəncədən olan İ.Həmzəyev bir müddət öncə Moskvada şəxsi münaqişə zəmnində Şəmkirdən olan həmyerlisini odlu silahla qətlə yetirmişdi.