9 yaşlı məktəbli qız yoxa çıxıb
7 Avqust 2012 10:40 KriminalRusiya mətbuatı xəbər verir ki,artıq üçüncü gündür ki,Rostov vilayətində itkin düşmüş məktəbli qızı axtarırlar. 9 yaşlı Saşa ailəsi ilə birlikdə Don sahillərində istirahət edirmiş.Uşaq cəmi bircə dəqiqəliyə valideynlərindən uzaqlaşıb və o andan da onu görən olmayıb.İtmiş qızın axtarışları hələlik heç bir nəticə verməyib.Rostov vilayətinin hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki,bütün versiyalar nəzərdən keçirilir.Piknik Kalinin xutorunun ətrafında Novoçerkas Politexnik İnstitutunun istirahət bazasının çimərliyində təşkil olunmuşdu.Saşa təbii ehtiyac üçün kənara çəkilib və həmin andan da itib.Faktla bağlı cinayət işi qaldırılıb."OLAYLAR"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31