Balakəndə 10 otaqlı inzibati bina yanıb

 Balakən rayonu, Mahamalar kəndindəki inzibati binada yanğın qeydə qlınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 10 otaqlı inzibati binanın 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31