Sumqayıtda köməkçi tikili yanıb

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikili yanıb. Gövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış ev əşyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31