Qızın gözü qarşısında atası öldürüldü

Kiçik qız gördüklərindən şok keçirib

Braziliyada ailəsi ilə marketə girmək istəyən şəxs onların gözləri önündə öldürülüb.ANS PRESS-in məlumatına görə, Brazilyada baş verən hadisə marketin önündəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. 28 yaşlı Tiaqo Santos Souza kiçik qızı və həyat yoldaşı ilə marketə girmək istəyərkən, bir anda 17 yaşında olduğu bildirilən bir gənc yaxınlaşır. Əlində silah olan bu gənc Souzaya gözü qarşısında 3 atəş açaraq, hadisə yerindən qaçıb.Hadisə yerindəcə dünyasını dəyişən Souzanın qızı gördüklərindən çox təsirlənib və ağlamağa başlayıb.Cinayətkar isə hadisədən bir müddət sonra polis tərəfindən saxlanılaraq həbs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31