Bakıda ana və körpəsi vuruldu, uşaq öldü

Bakıda körpənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 17-də saat 11 radələrində Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində Ucar rayon sakini Sərvət Babayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Məlahət Eyvazova və qucağında olan azyaşlı oğlu Sərxanı vurub. M.Eyvazova və Sərxan hadisə yerində ölüblər. BDYPİ tərəfindən araşdırma aparılır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31