Nüsrət Kəsəmənlinin oğluna hökm oxundu, 8,4 il cəza
19 May 2014 16:24 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz Kəsəmənliyə hökm oxunub. Bu barədə "OLAYLAR"a nməhkəmədən məlumat verilib. Məhkəmənin hokum ilə Araz Kəsəmənliyə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəində çəkməklə 8 il 4 ay müddətinə həbs cəzası verilib.
Xatırladaq ki, ötən ilin iyun ayında həbsdən azad olunan Araz Kəsəmənliyə 3 ay sonra-sentyabrın 17-də cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub.
Qeyd edək ki, Araz Kəsəmənli mərhum şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31