Bakıda 5 saylı xəstəxanada qətl, tibb bacısı öldürüldü

Bakıda xəstəxanada qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 16-da Nərimanov rayonu ərazisindəki 5 saylı Şəhər Kliniki Xəstəxanasının qarşısında Bakı şəhər sakini Şahlar Əliyev ailə-məişət münaqişəsi zəminində orada tibb bacısı işləyən arvadı Minarə Salmanovanı bıçaqla qətlə yetirib. Ş.Əliyev həmin ərazidə xidmət aparan Bakı BPİ DYPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və Nərimanov RPİ 16-cı PB-yə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31