Tərtərdə gənc oğlan ögey anasını öldürdü

Azərbaycanda gənc oğlan ögey anasını qətlə yetirib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 16-da Tərtər rayonunda yaşayan Pərviz Göyüşov yaşadığı evdə münaqişə zəminində ögey anası Nüşabə Göyüşovanı bıçaqla qətlə yetirib. Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.Göyüşov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31