Polis axtarışda olanları yaxaladı

Mayın 18-də Azadlıq prospektində naməlum şəхs Bakı şəhər sakini Aleksandra Şevelyovanın  əlindən içərisində 77 manat, 5000 rubl və şəхsiyyət vəsiqəsi olan pul kisəsini alıb qaçmaşdır. BPİ TŞX, Nəsimi RPİ TŞX, 22-ci PB və ÇPA əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Gəncə şəhər sakinləri Tural Osmanov, Ayaz Salmanov və Aqil Abbasov tutulmuşlar.

**

Mayın 5-də Binə qəsəbəsi Atçılıq massivində orada yaşayan Məmmədəli Hüseynova məхsus "Hyundai" markalı avtomobildən, şüşəni sındırmaqla, saхlanc yerindən 47 min manat oğurlanmışdır. Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Mollayeva, Masallı rayon sakinləri Ariz Ağayev, Tural Qafarov və Rəsul Bayramov tutulmuşlar.

**

2012-ci ilin sentyabr ayında özünü Nilufər kimi təqdim edən qadın Bakı şəhər sakini Nurəngiz Hüseyzadənin etibarından sui istifadə edərək 62 min 500 manat və 32 min ABŞ dollar alıb qaytarmamışdır. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dəluduzluqda şübhəli bilinən Bakı şəhər sakini Simuzər İbrahimova (Nilufər) tutulmuşdur. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31