Məhkumda 275 ədəd dərman həbləri aşkar edilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin bir neçə maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Emil Söhrab oğlu Mustafayevin əşyalarına və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı ağ sellofana bükülmüş 275 ədəd "Tramadol" dərman həbləri aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31