Oğluna saçındakı sancaqda narkotik keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Fariz Varis oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş anası Xanbikə Şıxzadə qızı Ağayevanın gətirdiyi sovqata və üzərlərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı saçına bağladığı sancağın içərisində xüsusi üsulla gizlədilmiş şəffaf sellofana bükülmüş, xalis çəkisi 7,694 qram olan narkotik vasitə "Heroin" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31