Bakıda 21 yaşlı gənc dənizdə sərxoş halda batdı
19 May 2014 12:58 KriminalBakıda sərxoş halda dənizdə sərxoş halda çimmək istəyən 21 yaşlı oğlan boğulub. Bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 900 metr aralda nəzarətsiz ərazidə) 1 nəfərin sərxoş halda çimərkən batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib. 1993-cü il təvəllüdlü Amanov Vüsal Adil oğlunun cəsədi batdığı yerdən 300 metr aralıda xilasedicilər tərəfindən tapılıb çıxarılaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Əməliyyat saat 00:50-də başa çatıb.