Bakı sakininin 110 min dollardan artıq pulunu mənimsəyən saxta “Nilufər” tutulub
19 May 2014 12:15 KriminalBakı sakinin 110 min dollardan artıq pulunu mənimsəmiş dələduz qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, 2012-ci ilin sentyabr ayında özünü Nilufər kimi təqdim edən qadın Bakı şəhər sakini Nurəngiz Hüseyzadənin etibarından sui istifadə edərək 62 min 500 manat və 32 min ABŞ dollar alıb qaytarmayıb.
Nəsimi Rayon Polis İdarəsi (RPİ) 20-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dəluduzluqda şübhəli bilinən Bakı şəhər sakini Simuzər İbrahimova (Nilufər) tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31