Polkovniki maşın vurdu
Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib
19 May 2014 11:27 KriminalBakıda yüksək rütbəli hərbçini maşın vurub.Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb."Mercedes" markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub.Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31