DƏLƏDUZLUQ: Bakı sakininin külli miqdarda pulu əldən çıxdı
19 May 2014 11:08 KriminalBakıda vətəndaşın külli miqdarda pulunun mənimsənilməsi faktı ilə bağlı polisə məlumat daxil olub. Lent.az-ın məlumatına görə, bu barədə Səbail rayon Polis İdarəsinə 1967-ci il təvəllüdlü İsmayılov Füzuli Əfqan oğlu bildirib. Şikayətçi qeyd edib ki, bu ilin fevral ayında tanışı Musayev Elçin Leftanoviçə Badamdar qəsəbəsi, 3-cü massivdə 6 sot torpağın alınması məqsədi ilə xeyli pul verib. F.İsmayılov tanışına üst-üstə 35 min manata yaxın pul verib. Lakin E.Musayev tanışının etibarından sui istifadə edərək pulu mənimsəyib.Hazırda müraciət əsasında araşdırmalar aparılır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31