Qoyunlarını xilas etmək istəyən ata-oğul boğulub öldülər
16 May 2014 14:45 KriminalLənkəranda ata və oğul faciəli halda ölüblər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 15-də Lənkəran rayonu Bəlləbur kəndinin ərazisində su kanalına düşmüş qoyunlarını xilas etməyə cəhd göstərən kənd sakini Hacıəli Əliyev və oğlu Elməddin suda boğulublar. Onların meyitləri sudan çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31