Kardiologiya İnstitutunda qətl, xəstə palata yoldaşını öldürdü

 Bakıda xəstəxanada qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 15-də Nərimanov rayonu ərazisindəki Elmi Tədqiqat və Kardiologiya İnstitutunda müalicədə olunanlar Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynağa Cəlilov münaqişə zəminində Saatlı rayon sakini Mikayıl Hüseynovu bıçaqla qətlə yetirib. Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Cəlilov tutulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31