“Qarabağ” kanalında bir nəfər batıb
16 May 2014 13:17 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Ağcabədi rayonun, Xocavənd kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. Bu arada kanalda batan şəxsin Ağcabədi şəhər sakini, 1995-ci il təvəllüdlü Talıbov Ceyhun Vüqar oğlu olduğu bəlli olub. dur. O, bu gün dostlarından birinin ad günü münasibətilə keçirilən mərasimdə olub. Məclis başa çatdıqdan sonra gənclər "Qarabağ" kanalında çimməyə gediblər. Nəticədə C. Talıbov suda batıb. Onu xilas etmək mümkün olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə Ceyhun Talıbovun axtarışını davam etdirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31