Həbsxanada mobil telefon aşkar edilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.2; 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Ayaz Vahid oğlu Allahverdiyevin saxlandığı kameraya və üzərinə baxış keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, baxış zamanı kameranın istilik borusunda düzəldilmiş gizli saxlanc yerindən daxilində "Azercell" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31