Lənkəran şəhərində "Proqress-1" MMS-yə məxsus mübül sexi yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 1200 kv.m olan mebel istehsalı sexinin ofis otağında tavan və dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31